AĞIR YARALANAN DAHA 8 QAZİMİZ TÜRKİYƏYƏ GÖNDƏRİLİB

0

Ağır yaralanan daha 8 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan verilən məlumata görə, Türkiyədən Azərbaycana gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi qardaş ölkədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 120 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 50-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Qeyd edək ki, müalicə üçün Türkiyəyə göndərilən qazilərimiz aşağıdakılardır:

  1. Hüseynov Tural Araz oğlu
  2. Bağırov Yaşar Yavər oğlu
  3. Məmmədov Məhəmməd Asif oğlu
  4. Məmmədzadə Adəm Gülhəsən oğlu
  5. Nağıyev Şıxseyid Vahid oğlu
  6. Novruzov Rəşad Lətif oğlu
  7. Məhərrəmov Əkbər Səyyaf oğlu
  8. Qurbani Ruslan Qulam oğlu

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DÜNYADA 768 MİLYONDAN ÇOX İNSAN ACLIQDAN ƏZİYYƏT ÇƏKİR

Pandemiya səbəbi ilə dünyada aclıqdan əziyyət çəkən insanların sayı kəskin artıb. Bu barədə BMT-nin “Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı” (FAO)...

Bağla