AĞDAMI TƏRK EDƏN ERMƏNİLƏR VƏHŞİLİKLƏRİNDƏN QALMIRLAR

0

Azərbaycanın işğaldan azad olunan Ağdam rayonunu tərk edən ermənilər Kəlbəcərdə olduğu kimi evləri, mağazaları, meşələri yandırırlar.

 Ağdamın Boyəhmədli kəndində yaşadığı evi və ərzaq dükanını yandıran Armen adlı kişi “bunları türklər üçün saxlamayacağam” deyir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanmış bəyanata əsasən, Ermənistan 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu boşaltmalı olsa da, bu proses noyabrın 25-dək uzadılıb.

Ermənistan Ağdam rayonunu 2020-ci il noyabrın 20-dək, Laçın rayonunu isə 2020-ci il dekabrın 1-dək Azərbaycana qaytarmalıdır.

oxu.az

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KORONAVİRSUDAN QORUNMA QAYDALARI

Əllərinizi tez-tez su və sabın ilə ən az 20 saniyə boyunca yuyun. Öskürmə və asqırma əsnasında ağzınızı, burnunuzu dəsmal ilə...

Bağla