AĞDAMIN 6 KƏNDİNDƏ MƏSKUNLAŞAN ERMƏNİLƏRƏ SABAHA QƏDƏR VAXT VERİLDİ

0

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr razılaşmasına əsasən, noyabrın 20-dək Ermənistan ordusu Ağdam rayonunu tərk etməlidir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 1993-cü ildə rayon ərazisi işğal olunduqdan sonra Ağdamın 6 kəndində erməni sakinlər qanunsuz məskunlaşmışdı.

Rəsmi Yerevan həmin kəndlərdə yaşayan ermənilərdən noyabrın 19-u gecə saat 23:00-a qədər bu yaşayış məntəqələrindən çıxmağı tələb edib.

Kəndlərin erməni sakinləri Ağdamı tərk etməyə hazırlaşır. Xankəndindəki separatçıların nümayəndələri həmin kəndlərdən çıxacaq erməniləri Ağdərədə yerləşdirəcəklərini bəyan ediblər.

Modern.az

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENTDƏN MƏCBURİ KÖÇKÜNLƏRİN QAYIDIŞI İLƏ BAĞLI AÇIQLAMA

"Vəziyyət indi sabitləşir. Belə bir günü, demək olar ki, otuz ildir gözləyən bizim qaçqın və məcburi köçkünlərimiz bu böyük hərbi...

Bağla