AĞIL VƏ ZƏKA NƏDİR?

0

Rəbbimiz belə buyurur: “Biz, Adəm övladını şərəfli və hörmətli elədik”(İsra 70). İnsanın şərəf və izzət əlamətlərindən birisi ağıl və zəka nemətlərindən düzgün istifadə etməsidir.

Tərif; Zəka, insanın öz fitrətini qorumaq üçün Allah tərəfindən ona verilmiş elə bir qabiliyyətdir ki, onunla mizacındakı istedadları istifadə edərək həyatda qalmağa çalışır. Deməli, zəka vehbidir, yəni anadangəlmədir. Uşaq zəkalı məxluq olaraq doğulur və get-gedə zəkasının nüfuzunu artırır. İnsanda zəkanın bir çox çeşidi var olsa da, o bunlardan birisini daha çox istifadə edir.

Tərif; Ağıl, insanın zəkalarını (zəka çeşidlərini bütövlükdə), qəlb, ruh (nəfs), beyin və bədən bacarıqlarını həm səmərəli, həm də öz lehində istifadə edə bilmə qabiliyyətidir. Ağıl sonradan əmələ gəlir yəni anadangəlmə deyil. Doğularkən uşaqlarda ağıl olmaz, insanlar ağlı sonradan qazanırlar (Nahl 78). Zəka anadangəlmə (vehbi), ağıl isə sonradan qazanılan (kəsbi) mənəvi bir bacarıqdır.

  • Zəka sadəcə dünya ilə əlaqəli, ağıl isə həm dünya, həm də axirətlə əlaqəlidir.
  • Zəka verilir və genişlənir, ağıl isə qazanılır və kəskinləşir.
  • Zəka avtomobilin motor gücüdürsə, ağıl onun sürücüsüdür.
  • Zəkası çox olanlardan daha irəlidə ağlı çox olanlar vardır həmişə.
  • Zəka əzbər və məxaniki bir güc,  ağıl texniki qüvvə və yaradıcı ünsürdür.
  • Zəka insan üçün gözəl yönətici, ağıl isə üstün bir liderdir.
  • Zəkanın dəyirmanı dünyada dönər, ölümdən sonra insana qalan onun ağlıdır.
  • Zəka ümumilikdə canlılara, ağıl isə ancaq  insana  məxsusdur.
  • Zəka daha  asan ölçülsə də ağlı ölçmək çox çətindir.
  • Zəka əsasən nəyin nə olduğunu axtarmaqla, ağıl isə nəyin nə işə yaradığını tapmaqla məşğuldur.
  • Zəka dünyada insana yaxşı yaşamağı bəxş etsə də axirət səadətinə insan ancaq ağıl çövhəriylə qovuşar.
  • Süni zəka robotları ağıllı varlıqlar ola bilməz, çünki ağıl ancaq insana və cinlərə aiddir.

Ağıl insanın bütün maddi və mənəvi qabiliyyətlərini doğru yolda istifadə etmək adına insana verilmiş  bir cövhərdir. Ağıllı olmaq naminə İslamı yaşamaq zəruridir.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ #SENİNLEYİZAZERBAYCAN HEŞTEQİ İLƏ DƏSTƏK AKSİYASI BAŞLAYIB

Ötən gün Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu  istiqamətində 3 hərbçimizin şəhid olması və 4 əsgərimizin yaralanması ilə nəticələnən atışmadan sonra qardaş...

Bağla