AĞLAYAN KÖTÜK

0

Həz. Peyğambər (s.ə.s)in əshabı bir gün:

-“Ya Rəsulallah, camaat çoxaldı, vaaz (moizə) etdiyiniz zaman üzünüzü görə bilmirik” dedilər.

Bunun üçün (üç pilləli) bir minbər inşa edildi. Daha əvvəl həz. Peyğambər (s.ə.s)in dayanıb vazaz etdiyi xurma kötüyü ağıl sahibləri kimi ağlayıb inildəməyə başladı. Orada olan sahabə-yi kiram Peyğambər (s.ə.s)in ayrılıq acısına dayana bilməyən kötüyün inilti və ağlayışını eşitdilər. Allah Rəsulu (s.ə.s):

-“ Ey xurma kötüyü, nə istəyirsən?”  dedi.

-“Mənə söykənirdin, indi məni tərk etdin” deyərək cavab verdi o xurma kötüyü.

Peyğambər (s.ə.s):

-“ İstəyirsən səni salxımlarla dolu bir ağac edim, yaxud, Allah təala səni axirətdə bir ağac eyləsin, əbədiyyən yeni və yam-yaşıl qal!”

-“Əbədi olanı istəyirəm” dedi xurma kötüyü.

Peyğambər (s.ə.s) qiyamət günü insanlar kimi yenidən dirilməsi üçün o ağacı yerə basdırdı.

İnsan bəzən acıqlandığı zaman birisinə kötük deyəbilir, amma unutmamaq lazımdır ki, peyğambər ayrılığı ilə ağlayan kötük də var. “ Allah Rəsulunu xatırlamaqda xurma kötüyü qədər belə ola bilmədik!” (Hasan Basri).

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KİŞİLƏR AĞLAMAZ

Nə olar, tərpətmə ayrılıq közün, Əsdikcə küləklər yandırıb, yaxar. “Kişilər ağlamaz” demə, əzizim, Kişinin göz yaşı içinə axar.

Bağla