“AKINCI” PUA-NIN İLK SINAQ ATIŞI UĞURLA BAŞ TUTDU – VİDEO

0

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru, “Bayraktar” PUA-larının yaradıcısı Səlçuk Bayraktar şirkətlərinin yeni istehsalı ilə bağlı maraqlı paylaşım edib.

O, tvitter hesabında “Baykar savunma”nın yeni nəsil “Akıncı” PUA-larının atış sınaqlarının görüntülərini paylaşıb.

O bildirib ki, sözügedən PUA öz sinfində hədəfləri 100 faiz dəqiqliklə vurmaq imkanına malik ən yaxşı silahdır.

Dünən test uçuşları keçirilən PUA-ların ilk atış sınaqları bu gün baş tutub və bu, “Roketsan”ın sursatları ilə həyata keçirilib.

Sınaqlar Çorluda yerləşən “Akıncı” Uçuş Təlim və Sınaq Mərkəzindən idarə edilib və əvvəlcədən müəyyənləşdirilmiş hədəfə yönəlmiş üç sursat sərrast vuruşla hədəfi vurub.

S.Bayraktar əlavə edib ki, yeni PUA ikiqat alqışa layiqdir.

Ted.az

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRI: “BU İL RAMAZAN AYI BİZİM ÜÇÜN HƏM DƏ ZƏFƏR AYIDIR”

“Bu il Ramazan ayı bizim üçün həm də Qarabağ torpaqlarımızın azad olunması ilə əlaqədar Zəfər ayıdır. Ali Baş Komandan, Prezident...

Bağla