ALEN SİMONYAN TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

0

Ermənistan parlamentinin spikeri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti İstanbula səfər edəcək.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin saytında məlumat verilib.

Parlamentin deputatları aprelin 16-19-da Parlamentlərarası İttifaqın iclasında iştirak edəcəklər.

Qeyd olunur ki, nümayəndə heyətinin tərkibinə deputatlar Sarkis Xandanyan, Tsovinar Vardanyan və Asmik Akopyan da daxil olacaq. Bundan başqa, parlament aparatının üzvləri də Türkiyəyə səfər edəcəklər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA HAVA DUMANLI OLACAQ

Bakıda və Abşeron yarımadasında martın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər...

Bağla