ALLAHA YAXINLAŞDIRAN ƏMƏLLƏR

0

Allah-Taala orucu əmr etdiyi Quran ayəsindən sonrakı ayədə belə buyurur:

“(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki,

Mən (onlara) yaxınam.

Dua edib Məni çağıranın duasını qəbul edərəm.

Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” (Bəqərə-186)

Allah-Taala bizə yaxın olduğunu bildirir.

Özümüzə belə bir sual verək:

Bəs biz Allaha nə qədər yaxınıq?

Məşhur qissədə Şibli Həzrətlərinin xatırlatdığı kimi: Allah-Taala axirətdə bizdən soruşacaq:

“Ey bəndəm Mən səninlə birlikdə idim, bəs sən kiminlə birlikdə idin?”

Allahla birlikdə olmaq, Onun yaxınlığına cavab vermək necə mümkündür?

Onun camali sifətlətinə bürünərək… Yəni mərhəmətli, səxavətli, bağışlayıcı, səbr edici, salamatlığı və əmanəti təlqin edici, ayıbları örtücü, hilm sahibi yəni həlim xasiyyətli olaraq mümkündür.

Onun ilahi əmrləri ətrafındakı səylərimizlə…

Qurani-Kərimə olan yaxınlığımızla…

Qurani-Kərimə xidmətlərimizlə…

Müsəlmanlarla həmdərd olmağımızla…

Qəriblərin və kimsəsizlərin dualarını ala bilməyimizlə…

Bütün məxluqata Xaliqin nəzəriylə baxa bilməyimizlə…

Xüsusilə övladlarımızı Quraniqlimi və əxlaqı üzrə yetişdirməyimizlə…

Əsas təhsilin Qurani-Kərim təhsili olduğunun şüuru və idrakı ilə mümkündür.

İrşad yolunda Qurani-Kərimi və Sünnəyi-Səniyyəni əsas götrməyimizlə mümkündür.

Mənbə: Osman Nuri Topbaş, “Yüzakı” dərgisi, 2020 aprel

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ORUCLA BAĞLI SÜBUT OLUNMUŞ ELMİ FAKTLAR

Ənənəvi oruc qaydalarına görə, günün müəyyən saatlarında yemək və içmək olmaz. Bu minlərlə ildir ki, dinlərin istifadə etdiyi üsuldur. Tarixi...

Bağla