ALLAHŞÜKÜR PAŞAZADƏ: AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ YENİ MƏSCİDLƏR TİKİLİR

0

Azad olunmuş ərazilərdə yeni məscidlər tikilir, kilsələr təmir olunur.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

Şeyxülislam qeyd edib ki, Qarabağda bütün milli-mədəni irsimiz bərpa edilir.

“Hər bir məscid, kilsə yenidən təmir olunur, Şuşada və digər ərazilərdə yeni məscidlər tikilir. Ərazilərimizə qayıdan dindarlar bu ibadət yerlərindən istifadə edəcəklər. Bütün bunlara görə, Prezidentimizə təşəkkür edirik”, – o vurğulayıb.

 

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ SƏFİRİ: XOCALI SOYQIRIMININ UNUDULMASINA İMKAN VERMƏYƏCƏYİK

Xocalı soyqırımının unudulmasına imkan verməyəcəyik. Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X” sosial şəbəkəsindəki hesabında Xocalı faciəsinin 32-ci ildönümü ilə...

Bağla