Allahşükür Paşazadə: “Bu, çox böyük qələbədir”

0

“Azərbaycan Prezidenti bizə ölkəmizin qədim şəhəri olan Şuşada bayrağımızın dalğalandırılması, Ermənistanın işğalına son qoyulması barədə müjdəli xəbər verib. Bu, çox böyük qələbədir. Bu qələbənin sevincini yaşamağı Azərbaycan xalqı haqq edir”.

Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri seyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, şəhidlərimizin qanı yerdə qalmadı: “Azərbaycan xalqını, Ali Baş Komandanı və Birinci vitse-prezidenti təbrik edirəm. Uca Allaha bu qələbəyə görə şükür edirəm”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İlham Əliyevlə Ərdoğan parlaq qələbə münasibətilə bir-birini təbrik ediblər

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. "Report" xəbər verir...

Bağla