ALMANİYA “DEMOKRATİYASI” MÜSƏLMANLARA HAQQINI VERƏN QANUNU QƏBUL ETMƏDİ

0

Almaniyada “Sol Partiya”nın (Die Linke) təklif etdiyi müsəlmanlara qarşı irqçilik və ayrı-seçkilik barədə qanun layihəsi federal məclis tərəfindən qəbul edilməyib.

“Almaniyada müsəlmanlara qarşı irqçilik və ayrı-seçkilik” başlıqlı qanun layihəsi hakimiyyətdə olan “Xristian Birlik Partiyası” (CDU/CSU) və “Sosial Demokratiya Partiyası (SPD), habelə müxalifətdə olan “Almaniya üçün Alternativ” (AfD) və “Azad Demokratiya Partiyası”nın (FDP) əleyhində verdiyi səslərlə qəbul edilməyib.  

Qanun layihəsinin müzakirə edildiyi iclasda çıxış edən “Sol Partiya”dan olan millət vəkili Kristin Buçhols, Almaniyada məscidlərin iki gündən bir hücuma məruz qaldığını, müsəlmanlara qarşı işlənən cinayətlərin şiddətinin artdığını deyib. 

Millət vəkili bu ölkədə hicablı olduğu üçün bir qadının hücuma məruz qala bildiyini xatırladıb.

“Qross-Qerauda müsəlman bir qadın sırf hicablı olduğu üçün hücuma məruz qaldı və heç kim ona kömək eləmədi. Volsfurqda bir din xadimi iki həftədən bir ölümlə hədələnir və bu davam edir. Radikal irqçi terrorçular müsəlmanlara qarşı nifrəti, özləri üçün stimul kimi görürlər. Onlar AfD tərəfindən təhrik edilirlər.” – deyə Buçhols qeyd edib.

Berlindəki “Mövlana” məscidinə sübh namazı vaxtı ayaqqabı və itlərlə girən polisin bu hərəkətini tənqid edən Buçhols bildirib ki, korona yardımında korrupsiya iddiası ilə edilən bu hərəkət din xadimlərini potensial cinayətkar kimi göstərməyə hesablanıb.

“Halbuki keşiş olan bir dostum deyib ki, səhv bir məlumat səbəbindən kilsənin bu cür polis hücumuna məruz qalmasını təsəvvür etmək mümkün deyil.

Türk və ya ərəb adı daşıyanlar ev və iş tapmaqda çətinlik çəkir. Bu vəziyyət xüsusilə hicablı qadınları çıxılmaz vəziyyətə salır. Heç kim sahib olduğu inanca görə bu cür çətinlik çəkməməlidir.

Hökumətdən əyalətlərlə birlikdə müsəlman dini qruplarının dövlət tərəfindən tanınmasını, ayrı-seçkiliklə mübarizə qanununda islahatlar olmasını və müsəlmanlar üçün məsləhət bürolarının açılmasını tələb ecdirik.” – deyə Buçhols vurğulayıb.

Qəbul edilməyən qanun layihəsində; dini qruplara qarşı qeyri-müsaviliyin aradan qaldırılması, məscidlərdə təhlükəsizliyin yaxşılaşdırılması, İslam dininin digər dinlərlə bərabər hüquqa malik olması və s. bu kimi tələblərə yer verilmişdi.

 Mənbə: Anadolu agenliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
2021-Cİ İL YERİN FIRLANMA SÜRƏTİNƏ GÖRƏ DAHA QISA OLACAQ

2021-ci il Yerin fırlanma sürətinə görə daha qısa olacaq İlkin proqnoza görə bu il Yerin fırlanmasının sürətlənməsi səbəbindən 2020-ci ildən...

Bağla