Almaniyada ilk dəfə Şəhər lövhəsində cümə namazı haqqında məlumat verilib. Cümə namazı vaxtlarını göstərən lövhə Penzberqin girişində şəhər meri Tomas Kopf, yepiskop Bernhard Holz, imam Benjamin İdriz və keşiş Julian Lademann tərəfindən quraşdırılıb.
Münhendən təxminən 50 kilometr məsafədə yerləşən Penzberq şəhərinin girişlərində yerləşdirilən namaz vaxtı lövhələrinə ilk dəfə olaraq məscid üçün cümə namazı vaxtları əlavə edilib.
1960-cı ildən bəri istifadədə olan lövhələr indiyə qədər yalnız həmin şəhərdəki katolik və protestant kilsələrinin xidmət vaxtlarını göstərirdi. 17.000 əhalisi olan Penzberqdəki yeni təcrübə ölkədə bunun ilk rəsmi nümunəsi hesab olunur. Şəhərdə təxminən 800 müsəlman yaşayır.



