ALMANİYADA MƏHKƏMƏ MÜSƏLMANLARIN DİN DƏRSİNƏ İZN VERDİ

0

Almaniya Visbaden inzibati məhkəməsi, “Diyanet İşləri Türk İslam Şurası”nın Hesse əyalətində din dərsi verməyə davam edə biləcəyi barədə qərar qəbul edib.

Məhkəmənin qərarında, Hesse Mədəniyyət Nazirliyinin 28 aprel 2020-ci ildən bəri din dərsinə qoyduğu qadağanın qanunsuz olduğu bildirilib.

“Diyanet İşləri Türk İslam Şurası”nın Hesse əyalət şöbəsi inzibati məhkəmənin qərarından razı qaldıqlarını açıqlayıb. Açıqlamada bundan sonra da müsəlmanlara qarşı öhdəliklərin yerinə yetiriləcəyi bildirilib.

“Hesseli müsəlman şagirdlərə, müəllimlərə və valideynlərə, sahib olduqları leqal haqqlarla İslam dini dərsi yenidən öyrədiləcək. Müsəlman şagirdlərə müntəzəm və konstitusiyaya uyğun tədris proqramı çərçivəsində, məktəbin müşayiəti ilə elm və təhsil almaqlarına imkan yaradılacaqdır.” – deyə açıqlama vurğulanıb.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN: “BİZƏ DEDİLƏR, QARABAĞDA NƏ İŞINİZ VAR?”

“Bizə nə dedilər? Suriyada, Liviyada, Qarabağda, Aralıq dənizinin şərqində nə işiniz var?” Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada Tank...

Bağla