AMERİKADA MƏDİNƏ ADLI 12, MƏKKƏ ADLI 8 YAŞAYIŞ MASSİVİ VAR

0

Amerika Birləşmiş Ştatlarında (ABŞ) Mədinə adlı ən azı 12, Məkkə adlı ən azı 8 yaşayış massivi var.

Bu barədə türkiyəli jurnalist-yazar Bilal Tanrıverdi köşəsində yazdığı məqalədə məlumat verib.

Yazar, Amerikada yüzlərlə ildir müsəlmanların yaşadığını və yaşadıqları yerləri özləri üçün müqəddəs sayılan adlarla işarə etdiyini qeyd edib:

“ABŞ-da Mədinə adlandırılan ən azı bir düzinə (12) yaşayış yeri və Məkkə adlanan səkkiz yer var. 1818-ci ildə qurulan Ohayodakı Mədinə şəhəri əvvəllər Məkkə adlandırılmışdı. Yaxınlıqdakı yaşayış mərkəzinin adının Məkkə olması səbəbindən sonradan ad dəyişdirildi. Mədinə, ABŞ Ohayo əyalətinə bağlı Mədinə rayonunun mərkəzi şəhəridir. Şəhərin 27 mindən çox əhalisi var. Ətraflı: (https://tr.wikipedia.org/wiki/Medina,Ohio) Mədinə şəhər bələdiyyəsinin rəsmi saytı: http://www.medinaoh.org/

Amerikalı akademik Stiv Teylor bu istiqamətdə etdiyi tədqiqatları öz çəkdiyi fotolarla sənədləşdirmişdir. Teylor, ABŞ-dakı yaşayış mərkəzləri barədəki geniş əsərində belə yazır:

`Əslində İndianada Məkkə adlı bir qəsəbənin yaxınlığında böyümüşəm. Bir dəfə yerli qəbristanlardan birində ərəbcə baş daşı olan məzar gördüm.Ərəbcə oxuya bilmirəm. Amma ordakı mədfun şəxs 1917-ci ildə ölüb. Suriyalı və ya livanlı tacir olsa, dəmiryolunda işləsə, mədəndə işləyən miqrant olması təəccüblü deyil. 1 əsr əvvəl İndianada Məkkə adlı bir yerdə dəfn olunmağı arzulaya bilərdi. Bir dostum baş daşının sonunda “Allah, fatiha” – yazıldığını dedi. Kəsinliklə müsəlman qəbridir. Şəkli də özüm çəkmişm.` – deyə amerikalı akademik bildirir.

mezar.jpg

Daha ətraflı məlumat üçün: https://www.quora.com/Why-do-some-US-places-have-Muslim-names-For-example-Medina-in-Washington-Mecca-in-California-and-so-on-Can-someone-tell-me-why-they-were-named-after-Muslim-cities-Is-it-because-they-were-found-or-discovered-by-Muslims”.

   

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLLƏR SONRA İLK DƏFƏ CIDIR DÜZÜNDƏ SƏHNƏ QURULDU, ŞUŞADA KONSERT VERİLDİ

28 ildən sonra Şuşada konsert təşkil olunub.  Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.  Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra ilk...

Bağla