AMERİKADA MÜSƏLMAN QADIN BƏLƏDİYYƏ BAŞÇISI OLDU

0

Amerika Birləşmiş Ştatları (ABŞ) Men əyalətinin Portlend şəhərində Somali əslli Deka Dhalak bələdiyyə başçısı olub.

Bələdiyyə məclis üzvlərinin verdiyi səs çoxluğu ilə bu vəzifəyə gətirilən Dhalak, şəhərin ilk həm müsəlman, həm hicablı, həm də zənci bələdiyyə başçısı olub.

53 yaşlı Deka Dhalak 1992-ci ildə ölkəsi Somalidəki daxili münaqişələr səbəbindən ABŞ-a mühacirət edib.

Sabiq ABŞ prezidenti Donald Trampın izlədiyi islamofobik politikalar səbəbindən 2018-ci ildə siyasətə girdiyini deyən Dhalak, atdığı bu addımın ölkədəki digər etniklərə və gələcək nəsillərə də nümunə olacağına ümidvar olduğunu qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CEYHUN BAYRAMOV VƏ MÖVLUD ÇAVUŞOĞLU BÖLGƏDƏKİ VƏZİYYƏTİ MÜZAKİRƏ EDİBLƏR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. "Report"un Türkiyə bürosu xəbər...

Bağla