AMERİKALI HƏRBÇİ HİCABA GÖRƏ ABŞ ORDUSUNU MƏHKƏMƏYƏ VERİR

0

Amerikalı hərbçi Sesiliya Valdovinos baş örtüyü ilə bağlı ortaya çıxan ixtilaflara görə ABŞ ordusunu məhkəməyə vermək qərarına gəlib.

bu barədə “ABC News” məlumat yayıb.

Valdovinos artıq yeddi ilə yaxındır ki, ABŞ-ın quru qüvvələrində xidmət göstərir. 2016-cı ildə İslam dinini qəbul edib və o vaxtdan hicab taxır.

O əmin edir ki, 2018-ci ildə baş örtüyünə görə təzyiqlərlə üzləşib. Əfqanıstanda xidmətdə olan zaman silahdaşları onu “terrorçu”, “İŞİD üzvü”, “Ninza”, “Kapüşonlu qız” deyə məsxərəyə qoyub.

Dediyinə görə, 2019-cu ildə isə ABŞ-da komandiri onun saçlarını düzgün yığıb-yığmadığını yoxlamaq üçün onun hicabını çıxarmağa vadar edib.

İddiaya görə, onun rütbəsinin aşağı salınması da elə hicaba görə ona qarşı qərəzli mövqe ilə əlaəqdar olub.

Qeyd edək ki, ABŞ ordusunda xidmət edən əsgərlərə hicab və ya hind türbanı şəklində baş örtüyü geyməyə icazə verilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“DİNİ RADİKALİZM VƏ EKSTREMİZM – MİLLİ TƏHLÜKƏSİZLİYƏ ƏSAS TƏHDİDLƏRDƏN BİRİ KİMİ” – FOTO

Dövlət Sərhəd Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq Şəmkir sərhəd dəstəsində “Dini radikalizm...

Bağla