ANA VƏ ATA ARASINDAKI FƏRQ

0

Dünyaya gözünü açdığın ilk andan etibarən səni sevən anan, sənə olan sevgisini gizlədib göstərməyən isə  atandır.

Anan səni dünyaya gətirər, atan isə dünyanı sənə gətirər.

Anan sənə həyat vərər, atan isə sənə bu həyatı necə yaşamalı olduğunu öyrədər. Buna baxmayaraq yenə bəyənməzsən.

Anan səni 9 ay rəhmində daşıyar, atan isə bir ömür boyu sənin yükünü çəkər hiss etməzsən.

Səni dünyaya gətirəndə anan ağlıyar amma sən eşitməzsən. Atan isə  sən doğulandan sonra həmişə ağlayar, amma sən yenə də ondan şikayətlənərsən.

Sən xəstələnəndə anan ağlayar, atan isə sən xəstəsən deyə xəstə olar, ancaq bunu hiss etdirməz.

Anan səndən dönə-dönə ac olub olmadığını  soruşar, atan isə sənə ac qalmamağı öyrədər.

Anan səni qucağında, atan isə kürəyində daşıyar, amma sən onu görməzsən.

Ana mərhəmət, Ata isə hikmət mənbəyidir.

Anan sənin bütün məsuliyyətini öz üzərinə götürər. Ata isə sənə məsuliyyətin nə olduğunu öyrədir.

Anan səni yıxılmaqdan qoruyar, atan isə yıxılandan sonra ayağa necə qalxmağı öyrədər.

Anan sənə iki ayaq üstə yeriməyi, atan isə sənə bu həyatda inamla yeriməyi öyrədər.

Anan sənə gözəlliyi və mükəmməlliyi, Atan isə sənə real həyatı və ciddiliyi əks etdirər.

Ana sevgisini dünyaya gəldiyiniz andan, ata sevgisini isə ata olandan sonra anlayarıq.

Ana qiymətsiz bir ləl-cəvahir, ata isə zamanın geri qaytara bilməyəcəyi ən gözəl varlıqdır.

Son olaraq unutmayın! Uca Allah Qurani Kərimdə belə buyurur:

Rəbbin yalnız Özünə ibadət etməyi və ana-ataya yaxşı davranmağı əmr etmişdir. Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşlanarsa, onlara: “Uf!” belə demə, onları danlama və onlara xoş söz söylə! İsra, 17/23

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ KÖMÜR MƏDƏNİNDƏ QƏZA BAŞ VERİB – ÇOX SAYDA YARALI VAR

Türkiyədə kömür mədənində qəza olub. “Haber Global”a xəbər verir ki, hadisə İzmir vilayətində qeydə alınıb. Ötən axşam yerli vaxtla saat...

Bağla