ANTALYADA IV DİPLOMATİYA FORUMU İŞƏ BAŞLAYIB

0

Türkiyədə IV Antalya Diplomatiya Forumu (ADF2025) işə başlayıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) ev sahibliyi ilə keçirilən tədbir bu il “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusunu əhatə edir.

Dörd mindən çox qonağın qatılacağı ADF2025-də dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısının iştirakı nəzərdə tutulur. Tədbirdə 50-dən çox ölkə xarici işlər nazirləri də daxil olmaqla, 70-dən artıq nazirlə təmsil edilir. Foruma, həmçinin təxminən 60 yüksəksəviyyəli beynəlxalq təşkilatın nümayəndələri qatılır.

Üç gün davam edəcək tədbirdə müxtəlif coğrafiyaları əhatə edən məsələlər, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal gündəmin önəmli mövzularının müzakirə ediləcəyi 50-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DAĞLIQ ƏRAZİLƏRƏ QAR YAĞIR

 Aprelin 11-i saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib....

Bağla