ARKTİKADA HAVANIN TEMPERATURU REKORD GÖSTƏRİCİLƏRƏ ÇATIB

0

2024‑cü ilin oktyabrından 2025‑ci ilin sentyabrınadək Arktikada havanın temperaturu 1900‑cü ildən bəri ən yüksək göstəriciyə çatıb.

Bu barədə ABŞ-nin Milli Okean və Atmosfer İdarəsi (MOAİ) məlumat yayıb.

Qurumun məlumatına görə, hava və suyun temperaturunun artması buzlaqların əriməsinə və Arktika landşaftının dəyişməsinə səbəb olub. Bununla bağlı dəniz səviyyəsinin qalxması sürüşmə və sunami risklərini artırır.

Bundan əlavə, buzlaqlardan ayrılan dəmir və digər elementlər Arktika sularını çirkləndirir. MOAİ qeyd edir ki, Çukot və Berinq dənizlərində yaşayan bəzi fauna növləri təhlükə altında qala bilər.

Hesabatda həmçinin vurğulanır ki, son onillik Arktika üçün müşahidələrin tarixində ən isti dövr olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanla dialoq halında Ermənistanla normallaşma proseslərimizi irəlilədirik

İllərdir sülhə həsrət qalan Cənubi Qafqaz, bu gün tarixi bir dövrdən keçir. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib...

Bağla