“ASKIDA İFTAR” İFTARA EVƏ YETİŞƏ BİLMƏYƏNLƏRİN İMDADINA ÇATIR – FOTO

0

Türkiyənin Eskişehir vilayətindəki şəhər xəstəxanasının təcili yardım xidmətinin qarşısında, iftara evinə çatmayanlar üçün “Askıda iftar” (asılqanda iftar) layihəsi başladılıb.

Layihəni vilayətin Odunpazarı rayonu İcra nümayəndəliyinin “İctimai yardımlaşma və həmrəylik” vəqfi həyata keçirir.

Layihənin məqsədi, iftar vaxtı xəstəxanada olmağa məcbur olub çıxılmaz vəziyyətdə qalanlara yardım etməkdir.

Bunun üçün xüsusi hazırlanmış stendə asılan iftar paketinin içində sendviç, meyvə, meyvə şirəsi, xurma və su var.

“Askıda iftar” layihəsi insanlar tərəfindən də rəğbətlə qarşılanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ BAŞ QƏRARGAHININ KƏŞFİYYAT RƏİSİ ÖLKƏMİZDƏ SƏFƏRDƏDİR

Aprelin 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı...

Bağla