ASTARA RAYONUNUN KİJƏBƏ QƏSƏBƏ MƏSCİDİNDƏ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

0

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astara rayonu Təngərüd kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində rayonun Kijəbə qəsəbə məscidində maarifləndirici tədbir keçirilib.

Bildirilir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə, QafqazMüsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə Səlahiyyətli nümayəndəsi İlqar Həsənli, Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Kijəbə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi ŞahinƏmənullayev,Bələdiyyə sədri Ağadadaş Qənbərov, Kijəbə qəsəbə məscidi dini icmasının sədri və İmam müavini ƏləkbərIsayev, Təngərüd kənd məscidi dini icmasının sədri Vahid Allahverdiyev və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Kijəbə qəsəbə məscidi dini icmasının sədri və İmam müavini Ələkbərİsayev çıxışında Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə keçirilən maarifləndirici tədbirlərin mühüm əhəmiyyətini qeyd edib.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə çıxışında ölkəmizdə müxtəlif dinlər, məzhəblər və xalqlar arasında həmrəylik və vəhdətin mövcudluğundan danışaraq, bu dəyərlərin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Natiq İslam həmrəyliyinin, tolerantlıq və multikulturalizmin Azərbaycan modelinin dünyada nümunə kimi qəbul edildiyini diqqətə çatdırıb. T.Həsənzadə İslam dininin sülh və həmrəylik dini kimi radikalizmə qarşı olduğunu əlavə edib.

QMİ-nin Astara rayonu üzrə Səlahiyyətli nümayəndəsi İlqar Həsənli çıxışında ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və İslam həmrəylinin təbliği istiqamətində görülən işləri yüksək qiymətləndirib. İ.Həsənli xalqımızın zəngin mənəvi dəyərlərə sahib olduğunu və bu dəyərlərin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyətini vurğulayıb.

Astara RİH başçısının Kijəbə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Şahin Əmənullayev, bələdiyyə sədri Ağadadaş Qənbərov və digərləri çıxışlarında mövzu ilə bağlı fikirlərini bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA MƏSCİDİN QARŞISINDA İYRƏNC HƏRƏKƏT – HƏBS EDİLƏN VAR

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bağla