AŞURA GÜNÜ İLƏ BAĞLI QANVERMƏ AKSİYALARI KEÇİRİLİR

0

Azərbaycanda Aşura günü ilə əlaqədar qanvermə aksiyaları keçirilir.

Qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində təşkil olunub.

Vətəndaşlar aşağıdakı ünvanlarda qan verə bilərlər:

Bakı şəhəri üzrə:

Xəzər rayonu, Mirmövsüm Ağa Ziyarətgahı

Nəsimi rayonu, Göy məscidin (Əjdərbəy) mərasim zalı

Nizami rayonu, Sahibəzzaman məscidi

Səbail rayonu, Bibiheybət məscid ziyarətgahı

Suraxanı rayonu, Qaraçuxur məscidi

Yasamal rayonu, Təzə Pir məscidi

Yasamal rayonu, Hacı Soltanəli məscidi

Binəqədi rayonu, İmam Əli məscidi.

Həmçinin, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində də qanvermə aksiyaları təşkil olunur.

Qeyd edək ki, Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜN AŞURA GÜNÜDÜR

Məhərrəm “haram olan, qadağan edilən, müqəddəs və hörmət edilən” deməkdir. Məhərrəm ayı haram sayılan dörd hicri aydan birincisidir. Quranda Məhərrəm...

Bağla