AŞURA GÜNÜ QANVERMƏ AKSİYASI KEÇİRİLƏCƏK – SİYAHI

0

Hər il olduğu kimi, bu il də Məhərrəm ayının 10-cu günü – Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, aksiyalar 20 sentyabr 2018-ci il tarixində Bakı və regionlarda təşkil olunacaq. Könüllü aksiyada iştirak etmək arzusunda olan vətəndaşlar aşağıdakı ünvanlara gələrək qan verə bilərlər:

Bakı şəhəri üzrə:

– Binəqədi rayonu “İmam Əli məscidi”,

– Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”,

– Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası,

– Nizami rayonu “Şah Abbas məscidi” ,

– Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”,

– Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı” və “İçəri şəhər Cümə məscidi”,

– Suraxanı rayonu “Qaracuxur məscidi”,

– Yasamal rayonu “Təzə pir məscidi” və “Hacı Soltanəli məscidi”.

Əvvəlki illərdən fərqli olaraq vətəndaşların istəklərini nəzərə alıb regionlarda da analoji aksiyaların təşkili nəzərdə tutulub.

Aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır:

– Gəncə şəhəri “İmamzadə kompleksi”,

– Lənkəran şəhəri “Böyük bazar məscidi”,

– Mingəçevir şəhəri “Heydər məscidi”,

– Sumqayıt şəhər “Cümə məscidi”,

– Şəki şəhəri “İmam Əli məscidi”,

– Mərkəzi Qan bankının Şırvan bölməsi,

– Ağcabədi Mərkəzi rayon xəstəxanası,

– Beyləqan Mərkəzi rayon xəstəxanası,

– Bərdə rayonu “Bərdə İmamzadəsi”,

– Biləsuvar rayonu “Cümə məscidi” (mərasim zalı),

– Cəlilabad Mərkəzi rayon xəstəxanası,

– Xaçmaz şəhər məscidi,

– Ağsu rayon mərkəzi xəstəxanası,

– Qan bankının Quba bölgəsi,

– Masallı şəhər Cümə məscidi.

Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Xəbər:Şirəli MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GÖZLƏRİN İMTAHANI

Bu gün qlobal bir dünya var, güclülər gücsüzləri mədəniyyət əsarətində tuturlar. Daim güclünün mədəniyyəti yayılır.

Bağla