AVTOMOBİLİNİ QORUMAQ ÜÇÜN TƏBİƏTƏ ZƏRƏR VURANLAR – FOTO

0

Pulu və gücü olduğu üçün hər şeyə qadir olduğunu fikirləşən “bəşər övladı” müxtəlif yollarla ətraf mühitə də ziyan vurmaqdadır.

Planetdəki hər şeyin insana bəxş edilmiş ərmağan və əmanət olduğunu unudan insanın gördüyü işlər bəzən vəhşilik hüdudlarını aşır.

Bu cür vəhşiliyin son nümunəsi hər fürsətdə mədəniyyətin mərkəzi kimi göstərilən Qərbdə baş verib. İngiltərənin Bristol şəhəri sakini bahalı avtomobilini quşların çirkləndirməsindən qorumaq üçün parklama yerindəki ağaca tikanlar yerləşdirib. O, bu addımı ilə quşların ağaca qonmasının qarşısını almağa çalışıb və buna müvəffəq olub. Bu hadisə sosial şəbəkələrdə qalmaqala səbəb olub və etirazla qarşılanıb. Cenifer Qarret adlı tvitter istifadəçisi, “Artıq quşların ağaclara qonmasına izn verilmirmi?” – mesajı ilə hadisəyə reaksiya bildirib. Onun bu mesajı sosial şəbəkədə 200 dəfədən çox paylaşılıb.   Görünür həmin şəxs cansız əşyasını (avtomobil) qorumaq üçün atdığı addımın canlılar üzərində hansı fəsadları yaradacağını fikirləşməyib.  

Xəbər:Şirəli Məmmədov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAM ALİMİ MUHAMMƏD MUSTAFA ƏL-ƏZMİ VƏFAT EDİB

Böyük hədis alimlərindən olan professor Muhamməd Mustafa əl-Əzəmi 87 yaşında dünyasını dəyişib.

Bağla