AYASOFİYA BARƏDƏ QƏRARIN BU GÜN AÇIQLANMASI GÖZLƏNİLİR

0

Osmanlı dövründə məscid olan, Türkiyə cümhuriyyəti dövründə Nazirlər Kabinetinin qərarı ilə muzeyə çevrilən Ayasofiya barədə Dövlət Müşavirliyinin (Danıştay) bu gün öz qərarını açıqlaması gözlənilir.

“Vəqflər Tarixi Əsərlərə və Ətraf Mühitə Xidmət” dərnəyinin 2016-cı ildə Ayasofiya barədə qaldırdığı məhkəmə iddiası ötən həftə Dövlət Müşavirliyində müzakirə olunub. DM ittihamçısı apelyasiya prosesində, “Ayasofiya barədə Nazirlər Kabineti öz qərarını vermişdir. Əvvəlki nizamnaməyə görə qərar qüvvəyə minmişdir. O tarixdən etibarən də qərar hüquqa uyğundur. Ayasofiyanı açmaq Nazirlər Kabinetinin, yəni prezidentin səlahiyyətindədir. Bu işə xitam verilməsini tələb edirəm.” – deyib.

İyulun 2-də keçirilən prosesdə tərəfləri dinləyən Dpvlət Müşavirliyi 10-cu departamentinin bu gün öz qərarını açıqlaması gözlənilir. Departament, 1934-cü il tarixli Nazirlər Kabineti qərarını ləğv edərsə Ayasofiya yenidən məscid ola biləcək.  

İnzibati Mühakimə Üsulu Qanununa görə Dövlət Müşavirliyinin verdiyi qərar 30 gün ərzində qüvvəyə minməlidir.  

Ötən gün nüfuzlu “Reuters” agentliyinə danışan “Ədalət və İnkişaf Partiyası”ndan (AKP) olan millət vəkili, qərarın cümə günü açıqlanacağını deyib.

Türkiyədə nəşr edilən “Hürriyet” qəzetinin yazarı Abdülqadir Selvi isə, DM 10-cu departamentində Ayasofiyanın ibadətə açılması yönündə qərar qəbul edildiyini yazıb.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖLÜYƏ QURAN OXUMAQ CAİZDİRMİ?

Qurani-Kərim oxuyub savabını vəfat edən kimsəyə bağışlamaq da onlar adına edilən xeyirli işlərdəndir. Çünki Quran oxumaq da ibadətdir və bu...

Bağla