AYASOFİYADA İLK NAMAZI QILDIRACAQ ŞƏXS AÇIQLANDI

0

Açıqlanan son məlumata görə Ayasofiya məscidində iyulun 24-qılınacaq ilk namazda məbədin içində 500 nəfər iştirak edəcək. Bundan başqa əhali kütləvi halda “Sultan Əhməd” meydanındakı açıq havada namazda iştirak edə biləcək. Ayasofiya məscidində ilk namazı isə Diyanət işləri başqanı professor Əli Erbaş qıldıracaq.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin Dövlət Müşavirliyi Ayasofiyanın muzyə çevrilməsi barədə 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv etmişdi. Bundan sonra Ayasofiya məscid statusuna qovuşmuş və burada ilk namazın iyulun 24-də cümə nnamazı ilə qılınacağı açıqlanmışdı.

Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə Ayasofiya Diyanət İşləri Başqanlığının balansına verildikdən sonra buraya 2 imam, 4 müəzzin təyin edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÇOX ÇALIŞMAQ, YOXSA DOĞRU ÇALIŞMAQ?

1.Çox çalışmaq kifayət deyil Ağır rejimdə və həddindən artıq çox çalışan bir çox insan hədəfində olan uğurlu nəticəni əldə edə...

Bağla