Azərbaycan BMT-də terrorizmlə mübarizəni qabardıb

0

Azərbaycan terrorizmi bütün forma və təzahürlərində birmənalı şəkildə qınayır və terrorizmə qarşı qlobal mübarizəyə sarsılmaz sadiqliyini bir daha təsdiq edib.

“Report xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi, səfir Tofiq Musayev bildirib.

BMT-nin Baş Qərargahında keçirilən Baş Assambleyanın təşkilatın “Qlobal Terrorizmlə Mübarizə Strategiyası”na dair plenar iclasında T. Musayev vurğulayıb ki, bütün dövlətlər tərəfindən beynəlxalq terrorizmlə mübarizə öhdəliklərinə ciddi şəkildə riayət edilməsi, onların ərazilərindən terrorçuluq, separatçılıq və ya digər əlaqədar fəaliyyətlər üçün istifadə olunmamasını təmin etmək baxımından vacib olaraq qalır.

O, həmçinin terror aktlarını törədənlərin məsuliyyətə cəlb edilməsinin, eləcə də terror qurbanları, terrorizmdən sağ çıxanlar və zərərçəkmiş dövlətlərlə davamlı həmrəyliyin, onlara dəstəyin qorunub saxlanılmasının vacibliyini xüsusi qabardıb.

Xatırladaq ki, daha əvvəl BMT-nin Baş Qərargahında “BMT-nin Dördüncü Antiterror Həftəsi” çərçivəsində “BMT Üzv Dövlətlərinin Antiterror Agentliklərinin Rəhbərlərinin Dördüncü Yüksək Səviyyəli Konfransı” baş tutub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyə hərbi təhsil sahəsində əməkdaşlığı müzakirə edib

Türkiyənin Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-leytenant Burhan Aktaşın rəhbərliyi ilə Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz...

Bağla