Azərbaycan dini konfessiya rəhbərləri Moskvada baş vermiş teraktla bağlı başsağlığı verib

0

Biz, Azərbaycandakı dini konfessiya rəhbərləri 2024-cü ilin 22 mart tarixində Moskva vilayətində “Krokus” konsert zalında törədilmiş dəhşətli terror aktı nəticəsində çox sayda günahsız insanın həlak olması ilə bağlı bütün Rusiya xalqına dərin hüznlə başsağlığı ifadə edirik.

Təmsil etdiyimiz dinlərin Müqəddəs Kitablarında Uca Allahın yaratdığı bir insanın qətli bütün bəşəriyyətin qətl edilməsi kimi sayılır.

Bu qanlı hadisəni qətiyyətlə pisləyir, onu insanlığa qarşı cinayət kimi qiymətləndiririk.

Uca Yaradana dua edirik ki, həlak olanların ailə üzvlərinə və yaxınlarına bu əzabа dözüm gətirməsi üçün səbr, yaralanlara şəfa əta etsin.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə

Azərbaycandakı Dağ Yəhudiləri icmasının başçısı Milix Yevdayev

Roma Katolik kilsəsinin Azərbaycan prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete

Rus Pravoslav kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının katibiDionisiy

Bakı Avropa Yəhudiləri icmasının başçısı Aleksandr Şarovski

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞAHDAĞA QAR YAĞIB, DAĞLARDA ŞAXTA OLUB

Martın 25-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb. Bu barədə...

Bağla