AZƏRBAYCAN DÖRD ƏSIRI ERMƏNISTANA, ERMƏNISTAN IKI ƏSIRI AZƏRBAYCANA QAYTARIB

0

Ermənistan daha iki azərbaycanlı hərbi əsiri Azərbaycana qaytarıb.

Bu barədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov jurnalistlərə açıqlamasında bildirib.

Həmçinin, Azərbaycan daha dörd erməni hərbi əsiri Rusiya və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana qaytarıb.

Bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

“Əsirlərin geri qaytarılması ilə bağlı artıq onların qohumlarına məlumat verilib. Onlar hazırda həkim nəzarəti altındadır və lazımi tibbi və psixoloji yardım alacaqlar”, – deyə o qeyd edib.

Baş nazirin müavini vurğulayıb ki, hərbi əsirlərin mübadiləsi prosesi davam edəcək.

Xatırladaq ki, əsir və girovların qarşılıqlı mübadiləsi əsasında dekabrın 14-də Ermənistana 44 hərbi əsir qaytarılıb.

 

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TRT İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ YAYIMLANACAQ

İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici televiziya kanalının adı məlum olub. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Nəqliyyat, Rabitə...

Bağla