“Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm ölkədir”

0

“Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm ölkədir”.

Bunu BMT Baş Assambleyasının keçmiş Prezidenti Volkan Bozkır “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan dünyanın ən güclü dövlətlərindən birinə çevrilib.

BMT Baş Assambleyasının keçmiş Prezidenti Qarabağın azad edilməsinin həm Azərbaycan, həm də Türkiyə üçün sevincli hadisə olduğunu vurğulayıb.

“Qarabağın dirçəldilməsi və inkişafı ilə bağlı bir sıra məqamlar var. Azərbaycan burada çox sürətlə quruculuq işləri aparır. Digər məsələ Azərbaycanla Ermənistan arasında sülh prosesidir. Ermənistan Azərbaycanın öz torpaqlarını geri qaytarması faktını qəbul edə bilmir”, – Volkan Bozkır bildirib və rəsmi İrəvanı reallığa qayıtmağa çağırıb.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan Azərbaycan daxil olmaqla, bir sıra ölkələrə minnətdarlıq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-də Ankarada səlahiyyətlərinin icrasına başlaması mərasiminə qatılan ölkələrə minnətdarlığını bildirib. Bunu Türkiyə Prezidenti Rəcəb...

Bağla