Azərbaycan hərbçiləri Türkiyədə keçirilən axtarış-xilasetmə təlimində iştirak edir – VİDEO

0

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası – 2024” (“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir.

İlkin mərhələdə təlim iştirakçılarına brifinq təqdim olunub. Brifinqdə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları baradə ətraflı məlumat verilib.

Müxtəlif ölkələrin hərbçilərinin iştirak etdiyi təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin Paraşüt desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.

“Anadolu Ankası – 2024” təlimi mayın 17-dək davam edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BMT BAŞ KATİBİ RƏFAHDAKI VƏZİYYƏTDƏN NARAHATDIR

BMT-nin baş katibi Antoniu Quterreş İsrail qoşunlarının Rəfahda hərbi əməliyyat keçirmə ehtimalının yüksək olmasından ciddi narahatdır. Bu barədə beynəlxalq təşkilatın...

Bağla