AZƏRBAYCAN HƏRBİ PİLOTLARI ANADOLU QARTALI-2022 TƏLİMİNDƏ İŞTİRAK EDİR

0

Türkiyənin Konya şəhərində “Anadolu Qartalı-2022” (“Anatolian Phoenix-2022”) beynəlxalq taktiki uçuş təlimləri uğurla davam edir.

“Report”un Türkiyə bürosu xəbər verir ki, manevrdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus üç şəxsi heyət komandasından ibarət 2 “Mi-17-1V” çoxtəyinatlı helikopterləri də nümayiş olunur.

Təlimlərin əsas məqsədi, xilasetmə və havadan yardım hərakatına nəzarəti, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən dövlətlər arasında hərbi hava qüvvələri sahəsindəki birgə əməkdaşlığı genişləndirməkdən ibarətdir.

Qeyd edək ki, builki manevrdə Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir. Təlim mayın 27-dək davam edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“TEKNOFEST Azərbaycan” çərçivəsində “Smart Qarabağ” Hakatonuna start verilib

Azərbaycan və Türkiyədən ümumilikdə 30 komanda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən “Smart Qarabağ” Hakatonun final mərhələsinə vəsiqə...

Bağla