Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə olunub

0

Maliyyə naziri Sahil Babayev Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankı (IsDB) Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə IsDB arasında əməkdaşlığın cari vəziyyəti, mövcud layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Babayev IsDB ilə əməkdaşlığın Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, 2026-cı ilin 16–19 iyun tarixlərində Bakıda keçiriləcək Bankın 51-ci İllik Toplantısı əməkdaşlığın yeni mərhələyə yüksəlməsi üçün əhəmiyyətli platforma olacaq. Bildirilib ki, Bank tərəfindən bu günədək ölkəmizdə 19 dövlət zəmanətli layihə üzrə 1 milyard ABŞ dollarından artıq vəsait ayrılıb.

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə toxunan S. Babayev əməkdaşlıq çərçivəsində icra olunan “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsinin regionun dirçəldilməsi, sosial-iqtisadi inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynadığını qeyd edib. Eyni zamanda, bu layihə çərçivəsində genişmiqyaslı suvarma infrastrukturunun yenilənməsinin regionlarda kənd təsərrüfatının inkişafına, su resurslarının səmərəli idarə olunmasına və məhsuldarlığın artırılmasına mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.

Öz növbəsində, M. Əl-Casir Azərbaycan ilə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, IsDB-nin sosial-iqtisadi layihələrin maliyyələşdirilməsinə dəstəyini davam etdirməyə hazır olduğunu bildirib. Bu çərçivədə su və meliorasiya, nəqliyyat infrastrukturunun inkişafı və dəmir yolu layihələri üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı, Texniki Əməkdaşlıq Proqramı çərçivəsində bilik və təcrübə mübadiləsinin təşviqi, kənd təsərrüfatı, su idarəçiliyi və rəqəmsal transformasiya sahələrində texniki yardım və birgə təşəbbüslərin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi də aparılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan: Fələstində iki dövlətli həllin tərəfdarıyıq

Türkiyə Fələstində "iki dövlətli həll"in tərəfdarıdır. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlcəzairli həmkarı Əbdelmacid Tebbunla görüşdə...

Bağla