AZƏRBAYCAN İLƏ TÜRKİYƏ ORDULARI HƏRBİ TƏLİMLƏRƏ BAŞLAYIR

0

Azərbaycan və Türkiyənin quru qoşumları ilə hərbi hava qüvvələri genişmiqyaslı hərbi təlimlər keçməyə hazırlaşır. İslamveirfan.com xəbər verir ki, bu barədə Azərbaycan respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.

Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FRANSADA MÜSƏLMAN MƏSCİDİ HÜCUMA MƏRUZ QALIB

Fransanın Cənub-Qərbindəki Ajen bölgəsində müsəlmanlara məxsus məscid naməlum şəxslərin hücumuna məruz qalıb. Məlumata görə həmin şəxslər məscidin divarlarına müəlmanlar əleyihndə...

Bağla