AZƏRBAYCAN İLAHİYYAT İNSTİTUTUNDA (Aİİ) “UĞURLU KARYERAYA GEDƏN YOL” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

0

Aİİ-nin Tədris şöbəsinin müdiri Zərifə Əliyeva seminarı açaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi yönündə müxtəlif mövzularda seminarlar və görüşlər təşkil edir. Z.Əliyeva mövzunun əhəmiyyətinə toxunaraq, tələbələrdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, gənclərə məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində belə tədbirlərin xüsusi rol oynadığını vurğulayıb.

Xəzər Universiteti Karyera İnkişaf Mərkəzinin koordinatoru Ülviyyə Hüseynli “Uğurlu karyeraya gedən yol” mövzusunda çıxış edərək bildirib ki, təlimin məqsədi istedadlı gənclərə müstəqil ixtisas seçimini təbliğ etməklə gələcəkdə peşəkar kadrların yetişdirilməsi istiqamətində maarifləndirici işlər görməkdir. Məruzəçi qeyd edib ki, hazırda yalnlz nəzəri biliklərə sahib olan gənclərə deyil, həmin bilikləri praktikada tətbiq edə biləcək çevik, yüksək intellektə malik kadrlara ehtiyac vardır.

Ü.Hüseynli “İstəklərimiz, yoxsa bacarıqlarımız?”, “Uğurlu karyeraya gedən yol nələrdən keçir?”, “Düzgün ixtisas seçməməyin mənfi nəticələri” mövzularında çıxış edib, tələbələrin suallarını cavablandırıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV ABŞ-IN TANINMIŞ DİN XADİMLƏRİNİ QƏBUL EDİB

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 26-da ABŞ-ın tanınmış din xadimləri ravvin Abraham Kuperi və yevangelist icmasının nümayəndəsi Conni Muru qəbul...

Bağla