Azərbaycan könüllüləri Sümeyye Ərdoğanla birgə zəlzələdən zərərçəkən qadınlara hədiyyələr verib

0

Azərbaycan könüllüləri qardaş Türkiyədə 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə çadır şəhərciklərində yaşayan qadınlara hədiyyələr təqdim edib.

Bu barədə Azərbaycanın Gənclər Fondundan məlumat verilib.

Bildirilib ki, hədiyyələrin təqdim olunması zamanı Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğan da könüllülərə qoşulub.

Qeyd edək ki, Azərbaycan könüllüləri artıq 1 aya yaxındır ki, Türkiyənin zəlzələ baş vermiş bölgələrində könüllü fəaliyyəti çərçivəsində zərərçəkmiş şəxslərə qida, geyim, dərman, gigiyenik vasitələr və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir və digər dəstəkverici xidmətləri göstərirlər.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN SƏFİRİ TÜRKİYƏ XİN RƏSMİSİ İLƏ GÖRÜŞÜB

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə baş direktoru, səfir Gökhan...

Bağla