AZƏRBAYCAN KÖNÜLLÜLƏRİ TÜRKİYƏYƏ YOLA DÜŞÜB

0

Azərbaycan könüllüləri baş verən zəlzələdən zərərçəkmiş şəxslərə kömək etmək məqsədi ilə Türkiyəyə yola düşüblər.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri Naxçıvan Beynəlxalq Hava limanında qarşılandıqdan sonra Naxçıvan Gənclər Fondundan “Naxçıvan Könüllüləri” ilə birlikdə 100 nəfərdən ibarət heyət Türkiyəyə yola salınıb.

Azərbaycan könüllüləri öz türkiyəli həmkarlarına zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində kömək edəcəklər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Fevralın 20-dək Azərbaycandan Türkiyəyə hər gün humanitar yardım təyyarəsi gedəcək

“Bu gündən başlayaraq fevralın 20-dək hər gün Azərbaycandan Türkiyəyə humanitar yardım təyyarəsi gedəcək”. “Report”un Ankara Bürosu xəbər verir ki, təyyarə...

Bağla