AZƏRBAYCAN PREZİDENTİ GƏLƏN AY TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

0

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 26-da Qarabağda, noyabrın 12-də isə İstanbulda görüş keçiriləcək”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tviterdə yazıb.

“Cənab Prezident İlham Əliyevin “Qardaşım” dediyi zaman kimi nəzərdə tutduğunu hamı çox yaxşı bilir. Prezidentlərimiz bir il ərzində 3-cü dəfə sabah – oktyabrın 26-da Qarabağda, 4-cü dəfə isə noyabrın 12-də İstanbulda görüşəcəklər. Gözləyirik”, – səfir bildirib.

Qeyd edək ki, noyabrın 12-də İstanbulda Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü keçiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QUBADLININ İŞĞALDAN AZAD OLUNMASINDAN 1 İL ÖTÜR

Bu gün - oktyabrın 25-i Qubadlının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də...

Bağla