AZƏRBAYCAN PREZİDENTİ: “TÜRKİYƏYƏ YARDIM QARDAŞLIQ BORCUMUZDUR”

0

Azərbaycanın Türkiyəyə yardımı qardaşlıq borcudur.

Bunu Prezident İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edərkən deyib.

Dövlət başçısı zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyib.

Prezident İlham Əliyev bu yaxınlarda Ankarada Türkiyə Prezidenti ilə görüşünü və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb. Türkiyə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran Azərbaycan Prezidenti Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulayıb. Dövlətimizin başçısı bu şirkətin məhsullarının Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd edib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İKİ AYDA QURANI ƏZBƏRLƏYİB HAFİZ OLDU

Türkiyədə bir gənc müqəddəs Qurani-Kərimi iki ayda əzbərləyərək Hafiz titulu qazanıb. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Mməlumata görə İstanbul...

Bağla