“Azərbaycan Prezidentinin səfərləri türk dünyasının birləşməsinə mühüm töhfə verir”

0

“Azərbaycan Prezidentinin Qırğız Respublikasına səfəri türk dünyasının birləşməsinə töhfə verir”.

Bunu “Report”a Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin direktoru Alev Kılıç deyib.

“2009-cu ildə Naxçıvan sazişinin imzalanması, təşəbbüskarlarından biri Azərbaycan olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının başlanğıcı oldu”, – o bildirib.

Avrasiya Araşdırmalar Mərkəzinin direktorunun sözlərinə görə, bu gün bu proses artıq Türk Dövlətləri Təşkilatı kimi institutlaşdırılıb və beynəlxalq təşkilat statusu alıb.

“Biz Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan və Qırğız Respublikasına səfərlərini, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakıya səfərini bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi cəhdləri kimi qiymətləndiririk və hesab edirik ki, bu səfərlər türk dünyasının birləşməsinə mühüm töhfə verir”, – A.Kılıç vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev: “Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir”

"Qarabağ münaqişəsinin həll olunmasına baxmayaq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir, bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib". "Report"...

Bağla