AZƏRBAYCAN, RUSİYA VƏ ERMƏNİSTAN DİNİ LİDERLƏRİNİN GÖRÜŞÜ BAŞ TUTUB

0

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında görüşü keçirilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, Rusiya tərəfinin təşəbbüsü ilə təşkil edən görüş patriarxın Danilov iqamətgahında keçirilir.

Rusiyadakı epidemioloji vəziyyət səbəbindən mətbuat nümayəndələri tədbirin işıqlandırılmasına buraxılmayıblar.

Xatırladaq ki, dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Moskva və bütün Rusiya Patriarxı Kirill arasında ikitərəfli görüş keçirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN VƏ TÜRKİYƏ ŞƏHƏRSALMA SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRƏ BİLƏR

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum ilə görüşüb. Komitə sədri...

Bağla