AZƏRBAYCAN SƏFİRİ TÜRKİYƏNİN VİTSE-PREZİDENTİ İLƏ GÖRÜŞÜB

0

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Tükiyənin vitse-prezidenti Fuat Oktayla görüşüb. Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi tviter hesabında bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi, kommersiya, texnologiya və digər sahələrdə mövcud əməkdaşlıq imkanları müzakirə edilib.

Bununla yanaşı, Şuşa Bəyannaməsindən sonra ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə çatdığı qeyd olunub.

Həmçinin, Azərbaycan-Türkiyə Birgə İqtisadi Komissiyasının fəaliyyəti və həyata keçirilməsi üçün nəzərdə tutulan işlər ətrafında fikir mübadiləsi aparılıb.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TDT-yə üzv ölkələrin dini idarə rəhbərlərinin növbəti görüşü Şuşada keçirilə bilər

Qazaxıstanın Türküstan şəhərində “Türk xalqlarının İslam sivilizasiyasına töhfələri” mövzusunda beynəlxalq elmi-praktiki konfransı öz işinə başlayıb. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)...

Bağla