AZƏRBAYCAN SƏRHƏDÇİSİ ŞƏHİD OLDU

0

Ötən axşam Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Paşazadə Orxan düşmən təxribatı nəticəsində şəhid olub. İslamveirfan.com xəbər verir ki, bu barədə məlumatı Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi yayıb.

Məlumatda bildirilir:

“Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində müdafiə və mühafizəsini həyata keçirən mövqelərimizə qarşı düşmən tərəfinin təxribatları davam edir.

2020-ci ilin 05 mart tarixində saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulmuşdur.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanmış, dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmamışdır.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun qətlə yetirilməsi cinayətinin məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.”

Allah rəhmət eləsin!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ, DİN XADİMLƏRİNƏ KORONOVİRUS BARƏDƏ TÖVSİYYƏLƏR VERDİ

Martın 4-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimlərinin iştirakı ilə müşavirə keçirilib. QMİ rəhbərliyi müşavirədə din xadimlərinə koronavirus xəstəliyi barədə...

Bağla