AZƏRBAYCAN-TÜRKİYƏ BİRGƏ TAKTİKİ TƏLİMİNƏ HAZIRLIQ MƏŞQLƏRİ KEÇİRİLİR

0

Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimin müxtəlif epizodlar üzrə fəaliyyətləri məşq etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Plana uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan Quru Qoşunlarının, həmçinin Raket və Artilleriya Qoşunlarının bölmələri atəş mövqelərini tutaraq qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetiriblər.

Əsas diqqətin qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldildiyi iki qardaş ölkənin birgə təlimi 23-25 oktyabr tarixlərində keçiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə MN: “Azərbaycanlı qardaşlarımızla bir yerdə olmağa davam edəcəyik”

“Azərbaycanlı qardaşlarımızla “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir yerdə olmağa davam edəcəyik”. Bu barədə Türkiyə Milli Müdafiə...

Bağla