Azərbaycan UNESCO-da mədəni irsin qorunması ilə bağlı komitəyə üzv seçilib

0

Azərbaycan UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında 2025–2029-cu illər üçün “Mənşə ölkələrinə mədəni əmlakın qaytarılmasının və ya qanunsuz mənimsənilmə hallarında onun bərpasının təşviqi üzrə Hökumətlərarası Komitə”yə (ICPRCP) üzv seçilib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi sosial mediada paylaşım edib.

Qeyd olunub ki, bu seçki Azərbaycanın mədəni irsin qorunması və bərpası istiqamətindəki prinsipial mövqeyinə və beynəlxalq səviyyədə fəal təşəbbüslərinə verilən yüksək qiymət kimi dəyərləndirilir.

Məlumat üçün bildirək ki, konfrans Səmərqənddə keçirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HAVA 24 DƏRƏCƏ İSTİ OLACAQ

Azərbaycanda noyabrın 11-də 24 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava...

Bağla