“Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanımaq barədə razılığa gəlib”

0

“Azərbaycan və Ermənistan Praqada keçirilmiş dörddərəfli görüşün yekununda bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı tanımaq və hörmət etmək barədə razılığa gəlib. Bu, sülh müqaviləsinin əsasını təşkil edir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın paytaxtı Astanada rusiyalı həmkarı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi üçtərəfli görüşdə deyib.

O xatırladıb ki, sonuncu dəfə bu formatda görüş bu ilin may ayında Düşənbədə keçirilib: “Xüsusən, sülh müqaviləsi ilə bağlı Cenevrədə oktyabrın 2-də ikitərəfli görüş keçirilib və həmin görüşdə Azərbaycan tərəfindən sülh müqaviləsinin əsas elementləri Ermənistana təqdim olunub”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KÖLN MƏSCİDİNDƏ İLK DƏFƏ AZAN SƏSLƏNDİRİLMƏSİNƏ İCAZƏ VERİLİB

Almaniyanın Köln şəhərində 2018-ci ildə açlışı olan məsciddə bu gün ilk dəfə azan səsləndiriləcək. Bu barədə “Report”un Avropa bürosuna Diyanət...

Bağla