Azərbaycan və Türkiyə arasında daha bir anlaşma sənədi imzalanıb

0

Azərbaycanla Türkiyə arasında ailə, qadın və uşaq siyasəti sahəsində əməkdaşlıq protokolunun fəaliyyət planı imzalanıb.

Bu barədə Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık tviterdə yazıb.

Onun sözlərinə görə, sənədə əsasən ailə xidmətləri, ailə təhsili kimi sahələrdə təcrübə mübadiləsi aparılacaq: “Beləliklə, ölkələrimizin sosial və mədəni inkişafına töhfə vermək istəyirik. Azərbaycanla hər sahədə olduğu kimi, qadın, ailə və uşaq məsələsində də çiyin-çiyinə olmağa davam edəcəyik”.

D.Yanık həmçinin qeyd edib ki, fəaliyyət planı çərçivəsində türk dövlətlərində ailə dəyərlərini təbliğ etmək, dəstəkləmək və gücləndirmək məqsədilə “Türk Dünyası Ailə Festivalı”nın təşkili planlaşdırılır.

Sənədi Azərbaycan tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova imzalayıb.

Qeyd edək ki, B.Muradova Türkiyədə səfərdədir.

Resim

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN VİTSE-PREZİDENTİ FUAT OKTAY ŞUŞAYA SƏFƏR EDƏCƏK

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Şuşaya səfər edəcək. İslamveirfan.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vitse-prezidentin Şuşa səfərini...

Bağla