AZƏRBAYCAN VƏ TÜRKİYƏ MEŞƏ YANĞINLARI SAHƏSİNDƏ BİRGƏ TƏLİMLƏR KEÇİRƏCƏK

0

Azərbaycan və Türkiyə meşə yanğınları sahəsində birgə təlimlər keçirəcək.

Bu barədə Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Veysəl Tiryakinin görüşündə razılıq əldə olunub.

Təlimlər yaxın zamanlarda Türkiyədə keçiriləcək.

Bundan başqa, nazir müavinləri Azərbaycan və Türkiyə arasında meşələrin yanğından mühafizəsi və yanğınların söndürülməsi sahəsində əməkdaşlıq protokolunun detallarını müzakirə ediblər. Bildirilib ki, Azərbaycan meşə yanğınlarında istifadə etmək üçün Türkiyəyə təyyarə və helikopterlər verəcək.

Qeyd edək ki, E.Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində səfərdədir.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
UKRAYNADA QAFQAZ MÜSƏLMAN KORPUSU YARADILIB – FOTO

Ukrayna Silahlı Qüvvələrinin nəzdində, Prezident Ofisi yanında özünü müdafiə hissəsi kimi Qafqaz Müsəlman Korpusu yaradılıb. Korpusun komandiri onlardan reportaj hazırlayan...

Bağla