Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında növbəti telefon danışığı olub

0

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.

General-polkovnik Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının  qətiyyətlə alındığını bildirib.

Cənab H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daima Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb.

Telefon danışığı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BMT bu gün yenidən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) sentyabrın 15-də son günlər vəziyyətin ciddi şəkildə pisləşdiyi Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti müzakirə etmək üçün...

Bağla