Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə Anlaşma Memorandumunun icrasına start verib

0

Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına başlayıb.

Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Belə ki, müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Hakan Karataşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı iki qurum arasında əməkdaşlığın hüquqi və institusional əsaslarını möhkəmləndirmək üçün imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib. Həmçinin bu istiqamətdə konkret fəaliyyətlərin həyata keçirilməsi məqsədilə müvafiq icra müqaviləsi imzalanıb.

H.Karataş və H.Əzimov, həmçinin Türkiyə-Azərbaycan Universiteti və Bakı Ali Neft Məktəbinin rəhbərliyi ilə görüşlər keçiriblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNTENSİV YAĞIŞ YAĞACAQ, GÜCLÜ KÜLƏK ƏSƏCƏK

Azərbaycanda aprelin 4-də intensiv yağış yağacaq, güclü külək əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında...

Bağla